Əsas Səhifə > Şou-biznes > Ayaz Salayevdən SƏRT AÇIQLAMA:
Ayaz Salayevdən SƏRT AÇIQLAMA:12-09-2026, 10:28 |
|
Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev Musavat.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik: -Məlum olduğu kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçkiləri keçirildi və Xalq artisti Şəfiqə Məmmədova sədr seçildi. Bu məsələyə münasibətiniz necədir? Sizcə, bundan sonra Azərbaycan kinosunda hər hansı dəyişiklik olacaqmı? – Yəqin ki, bilirsiniz, mən artıq İttifaqın nə üzvüyəm, nə də üzvü olmaq fikrim var. Buna görə də kimin sədr seçilməsi və ya seçilməməsi məni maraqlandırmır. Heç maraqlandırmır. – Bəs kino sahəsində dəyişikliklərin, yeniliklərin olduğu, daha böyük uğurların gözlənildiyi deyilir. Siz özünüz bunu müşahidə edirsinizmi? Kino sahəsində ürəkaçan hansısa yeniliklər varmı? – Yeniliklər var. Mən özüm seçim komissiyasının üzvüyəm. Ssenarilər, layihələr gəlir və onların içində maraqlı layihələr də var. ARKA da bu sahədə çalışır ki, kinoda yeniliklər olsun. Amma mən Kinematoqrafçılar İttifaqının üzvü deyiləm və heç vaxt da olmayacağam. – Yeni çəkilən filmləri izləyirsinizmi? Son vaxtlar xoşunuza gələn filmlər olubmu? – Yox, son vaxtlar heç nə görməmişəm. İzləyirəm, amma son vaxtlar çəkilən filmlərdən birini də görməmişəm. – Ümumiyyətlə, gənc kinoçularda, rejissorlarda potensial görürsünüzmü? – Bu, uzun söhbətdir. Qısaca danışmaq mümkün deyil. Ona görə də indi tam cavab verə bilməyəcəyəm. – Demişdiniz ki, yeni film üzərində çalışırsınız. Ondan nə xəbər? – Çətin gedir. Yavaş və çətin gedir. – Yəni maddi problemlər var, yoxsa başqa səbəbdir? – Yox. Beyin problemimdir (gülür)... Bəli, inşallah, olar. Yəni layiqli ssenari olanda pul həmişə tapılır. – Sizcə kino adamlarına, sənət adamlarına kifayət qədər qayğı göstərilirmi? – Mən problemi ilk növbədə sənət adamlarının özündə görürəm. Kinoya münasibətdə, yaşadığı dövr, zaman haqqında düşüncə səviyyələrində. Bax, belə... – Həmkarınız, Xalq artisti, rejissor və aktyor Şeyx Əbdül Mahmudov vəziyyətinin yaxşı olmadığını, maddi köməyə, müalicəsi ilə bağlı dəstəyə ehtiyacı olduğunu bildirir. Həmçinin deyir ki, nədənsə kino adamlarından heç kim onu axtarmır, heç kim ümumiyyətlə onunla maraqlanmır... – Yox, biz onunla əlaqədəyik. Mən Kinorejissorlar Gildiyasının sədriyəm və Şeyx Əbdül bizim yaxın adamımız, dostumuzdur. Biz həmişə ona baş çəkirik. Çox sıx ünsiyyətdəyik. Onun dediyi sözlər bizə aid deyil. Xəstəxanaya düşəndə ona baş çəkdik, indi də baş çəkəcəyik. Biz onun yanındayıq, həmişə də yanında olacağıq". Geri qayıt |