|
"Mən inanmıram, inanmaq istəmirəm ki... ...11 sentyabrda Azərbaycan Kinematoqrafçılar İttifaqının seçki adı ilə keçirdiyi rəzalət ölkə rəhbərliyini, Ədliyyə Nazirliyini, o cümlədən Mədəniyyət Nazirliyini məmnun etsin..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində tanınmış ssenarist, kinodramaturq Eldəniz Quliyev qeyd edib. O daha sonra fikrini belə davam etdirir: "Mən buna inanmıram! Çünki bu, mümkün deyil. Çünki bu, əsl mənada, nonsensdi, mədəni dəyərlərimizin ayaqlar altına atılmasıdır. Nəhayyət bu, hüquqi nihilizm, dolayısıyla, hakimiyyəyə utanc gətirən biabırçılıqdır!.. Bu sayaq "seçki" hoqqası dünyanın heç yerində, hətta siyasi azadlıqların, insan hüquqları və demokratik prinsiplərin sistemli şəkildə pozulduğu Şimali Koreyada, Əfqanıstanda, Ekvatorial Qvineyada, Somalidə də və s. mümkün olmazdı..."
Geri qayıt
|