Əsas Səhifə > Şou-biznes > Toydakı butulka qalmaqalı böyüdü
Toydakı butulka qalmaqalı böyüdü20-09-2026, 13:24 |
|
Meyxanaçı Rüfət Nasosnu həmkarl Balaləli ilə Xosrov Maştağalı arasında toyda baş verən davaya münasibət bildirib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə yayımladığı videoda meyxananın toylardan ləğv olunması ilə bağlı səsləndirilən fikirlərə etiraz edib: "Bu yaxınlarda toyların birində baş verən mübahisədən sonra sosial şəbəkələrdə “Meyxana toylardan ləğv olunmalıdır” fikrinə münasibət bildirmək istəyirəm. Əvvəla, bir neçə hadisəyə, bir neçə nəfərə görə bütün sənət ləğv olunmalıdır fikri ilə razı deyiləm. Düzdür, mən razıyam ki, biz həddi bir az aşmışıq. Meyxana söz sənətidir. Aqressivlik, yumor, satira öz yerində, sərt deyişmə də ola bilər. Yenə də deyirəm ki, düz olmayıb, iş bir az həddi aşıb. Ona görə də mən özüm meyxana deyənlər arasında öz adımdan üzr istəyirəm. İnşallah ki, hər şey yerində olar. Meyxana deyənlər öz təhsillərinə, savadlarına, xalqa, dövlətə, millətə necə lazımlı olduqlarını, necə layiq olduqlarını göstəriblər. İnanın mənə, hər ailədə söz-söhbət olduğu kimi, meyxanada da olur. Mən gözləyirdim ki, böyük ustadlar fikrini bildirərlər. Onlar da bildirmədilər. Hər kəs öz problemi ilə məşğuldur. Meyxananın problemi ilə məşğul olan yoxdur". Qeyd edək ki, toyda meyxanaçılar arasında sözlü mübahisədən sonra Balaləli Xosrov Maştağalıya (Kərimov) butulka atıb. Geri qayıt |