Əsas Səhifə > Şou-biznes > "Sağlamlıq nöqteyi nəzərindən arıqlamağım daha yaxşıdır"
"Sağlamlıq nöqteyi nəzərindən arıqlamağım daha yaxşıdır"24-09-2026, 06:24 |
|
“Srağagün xəstəxanadan evə buraxıldım. Əvvəlki günlərə baxanda özümü normal hiss edirəm. Hələ ki, yeni əməliyyat olunmuşam, düzələrəm yəqin ki. Ödüm partlamışdı. Həkimlər deyir ki, bir müddət özünü gözləməlisən” Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlu deyib. Sənətçi onun haqda yayılan “arıqlama iynəsindən istifadə edib” sözlərinə də münasibət bildirib: “Nə iynə, arıqlama?! Hamısı yalandır. Ödüm partladığı üçün yemək yeyə bilmirdim. Ona görə də çəki itirdim. Sağlamlıq nöqteyi nəzərindən arıqlamağım daha yaxşıdır” deyə o bildirib. Geri qayıt |