Əsas Səhifə > Şou-biznes > “Alim o boyda sənətkardır, yaxşı, Üzeyir haranın oxuyanıdır?!”
“Alim o boyda sənətkardır, yaxşı, Üzeyir haranın oxuyanıdır?!”24-09-2026, 10:15 |
|
“Alim Qasımovla Üzeyir Mehdizadənin duetini izləməmişəm. Alim o boyda sənətkardır, yaxşı, Üzeyir haranın oxuyanıdır?! Mənim başım çıxmır. Hər şeyin təri var da. Alim müğənni ilə duet oxusaydı, deyərdim ki, oxusun. Üzeyir Mehdizadə mənə özü deyib ki, “Əli müəllim, mən müğənni deyiləm”. Alim Üzeyirlə duet oxuyub özünü yenidən odun içinə atdı. Müğənni deyilsənsə Alim Qasımovda nə işin var?! Gedib soxulmusan yanına, duet oxuyursan. Əlbəttə ki, bu dueti bəyənən də olacaq, bəyənməyən də. Mən peşəkar bir müğənni kimi deyirəm ki, olmaz”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib.
O daha sonra əlavə edib:
“Üzeyir çox yaxşı oğlandır. Sadəcə gör nə qədər başından böyük iş görüb. Sənin Alimdə nə işin var? Onu niyə narahat etmisən?! Üzeyir, sən gedib Şəbnəm Tovuzlu ilə oxuyardın da, Alimlə niyə oxuyursan?! Alim Qasımov böyük əsərlər oxuyub, onun ixtiyarı yox idi ki, gedib Üzeyirlə oxusun! Nə vacib düşmüşdü? Belə çıxır ki, Üzeyir sabah gedib Flora Kərimova ilə də duet oxuyacaq?! Üzeyir oxuyan deyil! O ki, qaldı Alimin Üzeyirdən pul almasına.. Buna qətiyyən inanmıram. Üzeyiri yaxşı tanıyıram, onun o qədər pulu yoxdur ki, Alimə versin. Alim də heç vaxt belə addım atmaz” deyə sənətçi bildirib.
Geri qayıt |