Əsas Səhifə > Şou-biznes > "Aliment ödəmir, boynuma 6300 manat da borc qoyub"
"Aliment ödəmir, boynuma 6300 manat da borc qoyub"2-10-2026, 10:39 |
|
Xəbər verdiyimiz kimi, instaqramda 3 milyondan çox izləyicisi olan rəqqas Nicat Azadlının keçmiş həyat yoldaşı Şəms zorakılığa məruz qaldığı anların görüntülərini paylaşıb. Axşam.az-a açıqlama verən Şəms bir sıra məqamlara aydınlıq gətirib. O bildirib ki, Nicatla rəsmi şəkildə boşanıblar. Şəmsin yayımladığı videonun isə onların evli olduğu dövrdə lentə alındığı məlum olub. Şəms iddia edir ki, Nicat övladları Raul ilə maraqlanmır və boşandıqdan sonra uşağı görməyib: “İlk övladıma hamilə olanda məni döyüb, onu öldürdü. Anası deyirdi ki, uşağı götürtdürsün. Gecə üzüm-gözüm nə gündə məni evdən çıxartdılar. Altı ay məhkəmələrə getdim. Hakimə yalvardım ki, çəkdiklərimi bu qədər ucuz tutmayın. Nicatı 1500 manat cərimələdilər. Fevralda evdən çıxdım, iyulda rəsmi şəkildə boşandıq. Uşağa görə aliment təyin olunub, amma onu da düzgün ödəmir. Mənə 20-30 manat pul göndərir. Övladım xəstələnmişdi, dərman almağa pulum olmadı. Ona yazdım ki, 70 manat çatmır, göndər, alım. Dedi ki, pulum yoxdur. Gedib borc tapıb uşağıma dərman aldım. Sonra mənə 29 manat göndərdi ki, alimentdən çıxarsın”. Şəms valideynlərinin də nəvələri ilə maraqlanmadığını iddia edib: “Məhkəməyə qədər gəlib uşağı görür, özünü ata kimi göstərirdi, şikayətimi geri çəkməyim üçün yaltaqlanırdı. Amma məhkəmədən sonra uşağa baxmır. Valideynləri Nicatı öyrədir ki, get onu öldür. Mənim boynuma 6300 manat borc qoyub, ödəyə bilmirəm. Universitetdə oxuyurdum, dedi ki, dərsə getmə. Təhsil haqqımı ödəmək üçün müraciət etdim. Müraciət edirsən, dövlət ödəyir, sonra sən geri qaytarırsan. Getdik, etdik, borc yığıldı, amma ödəmədi. Məhkəmədən sonra dedi ki, ödəməyəcəyəm. İndi həmin borca da hər gün faiz gəlir”. Geri qayıt |