Əsas Səhifə > Şou-biznes > “Dodağını, sinəsini, arxasını şişirdən xanım müğənnilərin gecəsinə 15 min manat pul verirlər ki...”
“Dodağını, sinəsini, arxasını şişirdən xanım müğənnilərin gecəsinə 15 min manat pul verirlər ki...”10-10-2026, 05:46 |
|
“Həkimlərdə günah yoxdur. Günah mənim xəstəliklərimdədir. Birdən-birə 3-4 xəstəliklə mübarizə aparıram. Vəziyyət olduqca ciddidir. Müalicə alıram. Sağ olsun dostlar mənə mənəvi dəstək olurlar. Maddi dayaq duran olsa lap yaxşı olar. Sanatoriyaya, digər yerlərə getmək lazımdır. Nədənsə millət şeyxinə kömək etmir” Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Əbdül Mahmudbəyov bildirib. Aktyor bildirib ki, sənətkar adı artıq ucuzlaşıb: “Çox təəssüf ki, millət hələ ayıra bilmir ki, sənət nədir, sənətkar nədir?! Hamı gülməklə, hamı yansılamaqla, regionun ləhçəsi ilə danışmaqla məşğuldur. İnsanlar da gülür, konsertlərinə gedir, hələ əl də çalırlar. Dəhşətə gəlirəm ki, bunun nəyinə əl çalırlar?! Tamaşaçı onları ələ salanlara, yamsılayanlara əl çalır. Sən heç bir janra aid olmayan ləhçələrdə obraz yaradırsan. Nə komediya kimi komediyadır, nə də satira kimi satira.. Biri qarnını şişirdir, biri bığ qoyur, biri eybəcər papaq və parik qoyur. Guya bunlar tamaşa göstərirlər. Bunu eybəcər formada edirlər. Adam əsəbləşir. Bir-iki dəfə əsəbləşib zəng edib demişəm ki, nə istəyirsiz bu millətdən?. Camaat dodağını, sinəsini, arxasını şişirdən xanım müğənnilərin gecəsinə 15 min manat pul verib toyda oxutduranda belə olacaqdı da. Müğənnisi belə olanın aktyoru da bundan artıq olmayacaq ki” deyə Xalq artisti bildirib. Geri qayıt |