Əsas Səhifə > Şou-biznes > Türkiyəli müğənnidən azərbaycanlı jurnalistə SEVGİ İSMARICI
Türkiyəli müğənnidən azərbaycanlı jurnalistə SEVGİ İSMARICIBu gün, 05:45 |
|
Türkiyəli müğənni Doğuş həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızı ilə bağlı sosial şəbəkədə paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi evliliklərinin 12-ci ildönümü olduğunu bildirib: "12 il, bir eşq, bir ömür və bizə hədiyyə iki gözəl övlad. Həyatın mənə verdiyi ən gözəl şeylərdən biri sən, ən qiymətli xəzinəmiz isə iki oğlumuz. Birlikdə ailə olduq, birlikdə xatirələr yığdıq, birlikdə böyüdük. Bu gün yenə səni seçərdim. Çünki sən sadəcə həyat yoldaşım deyil, həyat dostum və uşaqlarımın anasısan. Yaxşı ki, həyatımdasan, yaxşı ki, ailəmizsən. 12 ilimiz mübarək olsun, sevgilim. Səni dünən sevdiyimdən daha çox, sabah bugündən daha çox sevəcəyəm". Qeyd edək ki, cütlüyün əkiz oğlu var. Geri qayıt |