Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > İşdən çıxarılan nazirə YENİ VƏZİFƏ VERİLİR?

İşdən çıxarılan nazirə YENİ VƏZİFƏ VERİLİR?


27-09-2026, 06:50

Naxçıvan Muxtar Respublikasının vəzifəsindən azad edilən təhsil naziri Exan Nəcəfov paytaxtda yeni vəzifəyə təyin olunur.

Vətəninfo.az-ın mötəbər mənbələrə istinadən yaydığı məlumata görə, sabiq nazir Bakıda- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində müşavir postuna gətirilir. Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçirilən növbədənkənar sessiyasında təhsil naziri vəzifəsindən azad olunan şəxsin yerinə Babək Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ovni Muradov təyin edilib. Sabiq nazirin isə fəaliyyətini mərkəzi strukturda-Bakıda davam etdirəcəyi bildirilir.

***

"DİA-AZ" qeyd edir ki, Exan Nəcəfov Vətəninfo.az-a açıqlamasında bildirib ki, o təhsil işçisidir və hər hansı iş verələcəyi təqdirdə,canla-başla bütün bilik və bacarığından istifadə edərək çalışacaq: “Ona görə də hesab edirəm ki, hər şey yolundadı və heç bir sıxıntı yoxdu”.


Geri qayıt