Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > "Ödədiyim məbləğ nəzərə alınmır və adımda borc olaraq qalır..."

"Ödədiyim məbləğ nəzərə alınmır və adımda borc olaraq qalır..."


7-10-2026, 12:58

"Şikayətim İpoteka və Kredit Zəmanət fondundaındır... " "DİA-AZ" xəbər verir ki, bu barədə Fərəh Quliyeva adlı sosial şəbəkə istifadəçisi öz postundakı paylaşımında gileylənir.

Narazı vətəndaş dah sonra başına gələnləri belə nəql edir: "19.09.2026 tarixində fonda olan borcumy mygov portalı vasitəsi ilə ödəmişəm. Lakin Fonda olan hansısa texniki xəta səbəbi ilə məbləğ hesaba oturmayıb. Mən də bundan xəbərsiz olmuşam. 29.09.2026 tarixində digər banka kredit götürmək üçün yaxınlaşanda adımda gecikmiş borc olduğu müəyyən edildi. Məsələ təcili olduğu üçün həmin gün ödədilmiş məbləği təkrar olaraq ödədim ki AKB (Azərbaycan Kredit Bürosu) hesabımdan bu borc silinsin. Öncədən bizə bildirilmişdir ki, borc 2 iş günü içində silinməlidir. Daha sonra AKBdən bildirildi ki bu borcu fond özü silməlidir və qanunveriviliyə uyğun olaraq hər ayın ilk 4 iş günü içərisində silinməlidir. Lakin 29.09.2026 tarixində edilən ödəniş həkədə AKB portalında əks olunmur və buda mənim əsas borc üzrə gecikdirilmiş gün sayımı saxlayır. Bu barədə İKZF müraciət etdikdə isə hec bir məlumat verilmir yalnız araşdırırq deyilir. Nəticədə artıq 2 həftədir ki Fondun xətası uçbatından mənim 2 dəfə eyni ayın borcu üzrə ödədiyim məbləğ nəzərə alınmır və adımda borc olaraq qalır. Və artıq 2 həftədir ki mənim sənədlərim bankdadır amma mən mənə təcili lazım olan krditi ala bilmirəm. Burada açıq aydın Azərbaycan Respublikasının Mərkəzi Bankının İdatə Heyətinin 12 noyabr 2021-ci il tarixli 32/1 nömrəli (“Kredit Təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”) qərarının 3.2. və 3.5. maddələrini pozur...

Geri qayıt