|
"Mən "qara mühasibatlıq" deyilən bir şey eşitmişəm. Nə olduğunu bilirəm. Amma.... Məmurlar üçün alternativ qanun olduğunu onların əməllərindən bildim..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ictimai fəal Zahidə Vulkan qeyd edib. Son günlər Bayırşəhərdə cərəyan edən məmur özbaşınalığı ilə bağlı həyəcan təbili çalan Zahidə Vulkan bu dəfəki müraciətində belə davam edir: "Konstitusiya və digər qanunlar mətbuatdan gördüyümüz kimi işbazlarin ayağları altındadır. Bakı şəhəri İcra Hakimiyyətinin Nəzarət və Tikinti şöbəsinin müdiri Zülfəli İsmayılov üçün əlahiddə səlahiyyət verilən qanun var. İnanmirsiniz? Mən sayım, Siz baxın... İstədiyi vətəndaşı küçə sözləri ilə söymək; İstədiyi vətəndaşın evini əşyaları ilə başına uçurmaq; İstədiyi tarixi abidəni zədələmək; İstədiyi tarixi abidənin yandırılmasına şərait yaratmaq; İstədiyi vətəndaşın damını deşərək vətəndaşı evini ona satmağa məcbur etmək; istədiyi vaxt kommunal xidmətlərdən sakinləri məhrum etmək; Hatta küçə işıqlarını məhv etdirərək, ərazidə gecə qara, cücə qara qaydaları tətbiq etmək; Səhərə kimi ərazidə Səs küylə buldozer işlədərək sakinləri yuxusuz qoymaq; İstədiyi vaxt ərazidə toz tozanaq yaradaraq insanların səhhətinə təhlükə yaratmaq; Ağacları məhv etmək; Yazılan ərizələrin Zülfəlinin özünə verilməklə sakinlərin gözündə Zulfəli mütləq hakimdir imicinin yaradılması; İstədiyi sakinə pilləkəni də hesablamaq, xoşu gəlməyən sakinə qanuni sahəsini hesablamayaraq mən belə istəyirəm hara istəyirsən şikayət et demək; Mən dağıdıram məhkəmədə görüşərik deyərək ,razılaşma olmayan sakinlərin evlərini məhv etmək və s. və ilaxır saymaqla bitməyən yazılmayan qanunları tətbiq etmək. Ay millət Zülfəlinin etdikləri cinayət deyil. Çünki, ona əlahiddə səlahiyyət verən arxası var. Bilən varsa yazsın bizdə bilək kimdir ona bu əlahiddə səlahiyyət verən qara qüvvə?"
Geri qayıt
|