Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > “Ramiz Mehdiyev işi”nin istintaqında daha kimlər şahidlik edib?
“Ramiz Mehdiyev işi”nin istintaqında daha kimlər şahidlik edib?17-09-2026, 11:48 |
|
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bir sıra ağır cinayətlərdə ittiham olunduğu cinayət işi üzrə istintaq başa çatıb. Gununsesi.info-nun əldə etdiyi özəl məlumata görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Qeyd edək ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək. Məlumata görə, iş üzrə ittiham aktında Ramiz Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxs qismində yer alıb. Onun da cinayət işinə də Ramiz Mehdiyevin işi ilə birlikdə baxılacaq. Məlumatda o da qeyd olunur ki, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əliyevin adları cinayət işində şahid qismində yer alıb. Onların da məhkəmədə ifadəsi dinləniləcək. Əldə etdiyimiz son məlumata görə isə, sözügedən işdə cəmiyyət tərəfindən çox da populyar olmayan şəxslərin də adı yer alıb. Gununsesi.info həmin şəxslərin tam siyahısını təqdim edir: Şahid – MEHDİYEV TEYMUR RAMİZ Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur. Geri qayıt |