Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > “Azəriqaz”ın Ağsu regionunda yeni iddialar...
“Azəriqaz”ın Ağsu regionunda yeni iddialar...23-09-2026, 14:57 |
|
"Sizə vaxtilə SOCAR-da və “Azəriqaz”da hökmranlıq edən şahənşahların canlı inkassatoru, Ağsu Regional Qaz İdarəsində kəndlərin və obyektlərin qazlaşdırılması, həmin obyektlərdən rəhbərlik adından pul yığılması işi ilə məşğul olan bir işçi haqqında ciddi tədbir görülməsi üçün məlumat veririk..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "Elvin Əsgərovun bütün dövrlərdə rəhbərlərin “qara kassası” funksiyasını yerinə yetirdiyi, kim rəhbər vəzifəyə gəlibsə, onun adından və ya göstərişi ilə görülməsi istənilən qeyri-rəsmi işlərin məhz onun vasitəsilə həyata keçirildiyi barədə ciddi məlumatlar mövcuddur. Başqa sözlə, iddialara görə, rəhbərlik dəyişsə də, qeyri-rəsmi işlərin həyata keçirilməsi mexanizmi və bu işlərdə Elvin Əsgərovun rolu dəyişməz olaraq qalmışdır. Rüşvətxor əməlləri ilə məşhur olan həmin vəzifəli şəxs Elvin Əsgərov Ağsu Qaz İdarəsinin qəza rəisi, sonradan köhnə region rəisi tərəfindən regionda təmir-tikinti işlərinə nəzarət etmək üçün regiona şöbə rəisi təyin edilmiş, ən sonda isə “Azəriqaz”da struktur islahatları zamanı guya “imtahan” verərək Ağsu Regional Qaz İstismar İdarəsinin Təmir və Planlaşdırma şöbəsinə 15 000 manat pul müqabilində rəis təyin olunmuşdur. Sizcə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kadr potensialı bu qədər bərbad vəziyyətdədir? Bu şəxs həmin vəzifələrdə işlədiyi müddətlərdə yerli regionun camaatına zülm etmiş, qısası, onun nəzarətində olan işçilər və ya işi düşən vətəndaşlardan kim pul, pay, “bəxşiş” veribsə, işi avand olub, verməyənin işləri isə göydə Allaha, yerdə sizin kimi ədalətli rəhbərlərə qalıb. Elvin Əsgərovun bütün dövrlərdə rəhbərlərin “qara kassası” funksiyasını yerinə yetirdiyi, kim rəhbər vəzifəyə gəlibsə, onun adından və ya göstərişi ilə görülməsi istənilən qeyri-rəsmi işlərin məhz onun vasitəsilə həyata keçirildiyi barədə ciddi məlumatlar mövcuddur. Başqa sözlə, iddialara görə, rəhbərlik dəyişsə də, qeyri-rəsmi işlərin həyata keçirilməsi mexanizmi və bu işlərdə Elvin Əsgərovun rolu dəyişməz olaraq qalmışdır. Hazırda Elvin Əsgərovun yeni region rəhbərliyinin yanında hər axşam olduğu və onunla yaxın münasibətlər qurmağa çalışdığı barədə məlumatlar mövcuddur. Hətta taktiki gediş edərək yeni rəhbəri Ağsu rayonunun Çiyni kəndində yerləşən “Kafe Park”a qonaq etdiyi, bunu isə insanların gözündən uzaqda həyata keçirməyə çalışdığı bildirilir. Bunun səbəbinin isə onun əvvəlki rəhbərliklə rayon ərazisindəki kafe və restoranlarda tez-tez birgə vaxt keçirməsi və bu münasibətlərin ictimaiyyət tərəfindən müşahidə olunmasından narahat olması olduğu iddia edilir. Ümumiyyətlə, Elvin Əsgərovun hər zaman hansısa rəhbərə “yedək” olduğu və rəhbərlik dəyişdikcə yeni rəhbər şəxslərlə yaxın münasibətlər quraraq öz mövqeyini qorumağa çalışdığı barədə məlumatlar mövcuddur. Hazırda onun əsas məqsədinin isə Kürdəmir rayon xidmət sahəsinə rəis vəzifəsinə təyin olunmaq olduğu bildirilir. Vəzifə təlimatından kənar olduğu iddia edilən bir məsələ də qaz xətlərinin mühafizə zolağında yerləşən obyektlərə icazə sənədlərinin verilməsi ilə bağlıdır. İddialara görə, bu proses Cənab Əsgərovun birbaşa nəzarəti altında həyata keçirilir və həmin obyektlərlə bağlı müvafiq rəylərin hazırlanması və sənədləşmə prosesinə müdaxilə edilir. Əldə olunan iddialara görə, bu proseslərin bir qismi rüşvət və qeyri-rəsmi ödənişlər qarşılığında həyata keçirilir..." Geri qayıt |