Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > "517 manat da az pul deyil..."

"517 manat da az pul deyil..."


5-10-2026, 15:23

"Dəyərli dostlar, mən hüquqi şəxs, şirkət sahibiyəm, ABB bank müştərisiyəm, 2018-ci ildən hesablarımız bu bankda idi. Bankın bizimlə bu zamana qədər müəyyən səhv və problemləri oldu, susduq..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Rüfət Aşurov adlı istifadəçi yazaraq gileylənir.
Narazı vətəndaş dah asonra başına gələnləri belə izah edir: "Keçən həftənin 5-ci günü bankın əməkdaşına şirkət hesabında pulumuz var, vergi borcuna görə blok var, ancaq biz vergi borcunu ödədik, zəhmət olmasa əsas məbləğə toxunmayın, həftənin 1-ci günü blok hesabdan çıxana qədər bizə dəstək olun deyə məlumat verdik. Mühasib bu gün... yəni 1-ci gün baxıb deyir ki, bank hesabdan əlavə 517 manat pulu götürüb silib. Bu bank nece ayaqda qalır, işini bilməyən bacarmayan əməkdaş necə o işdə qalır, yəni 517 manat da az pul deyil, indi bank bu pulu silib deyə göz yummayacam. Kredit olan kimi həmin an silirlər. Bütün şirkət hesablarını bu bankdan çəkirik. Vətəndaşlar da bilsin ki bu bankla biznes ticarət əlaqəsi qurmaq, əməkdaşlıq etmək mənasızdır. Bu millət bu vətəndaş insandır və xidmət göstərmək də bankın borcudur..."

Geri qayıt