Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Şikayətçi müəlliməni yeni direktor da sevmədi...

Şikayətçi müəlliməni yeni direktor da sevmədi...


Bu gün, 12:05

Ağdam rayon sakini Səxavət İbayev həyat yoldaşı Naibə İbayevanın işlədiyi məktəbdə dərs saatlarının bölüşdürülməsi ilə bağlı narazılığını ifadə edib.;>
"DİA-AZ" xəbər verir ki, vətəndaşın sözlərinə görə, həyat yoldaşı Ağdam rayon 14 nömrəli Texniki fənlər təmayüllü məktəbdə sinif müəllimi kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, bu ilin sentyabr ayından Naibə İbayeva birinci siniflərə dərs deməli olub.;>
Şikayətçinin iddiasına əsasən, Naibə İbayeva ötən il məktəbdə baş verən bir sıra özbaşınalıqlarla bağlı aidiyyəti qurumlara müraciət edib. Səxavət İbayev iddia edir ki, məktəbə yeni direktor Cəmilə Qasımova təyin olunduqdan sonra həyat yoldaşının dərs saatları azaldılıb və həmin saatlar başqa müəlliməyə verilib.;>
Vətəndaş bildirir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciət etsə də, şikayətinin nəticəsi ilə bağlı onu qane edən tədbir görülməyib.;>
Səxavət İbayev aidiyyatı qurumlara müraciət edərək, məsələni araşdırmağı, səsləndirilən iddialara hüquqi qiymət verilməsini xahiş edir.;>


Geri qayıt