Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir...

Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir...


Bu gün, 06:54

Son günlər ərzaq məhsullarınln, xüsusən də ət və yağın qiymətinin astronomik dərəcədə bahalaşması haqlı olaraq ictimai etirazlara səbəb olur. "DİA-AZ" xəbər verir ki, bu məsələ sosial şəbəkələrdə də geniş müzakirə olunmaqdadır. Bəzi vətəndaş rəylərini təqdim edirik.

***

Araşdlrmaçı yazar Zaur Əliyev yazır:

"Aldığım kərə yağı 17 manatdan 28 manata qalxıb. Bəzi marketlərdə 32 yə də satırlar hətta. Duru yağ 18 manatdan 28 manata, ət tikə 24 manata və digər ərzaq, tərəvəz məhsullarını demirəm. Hər dəfə marketə və meyvə tərəvəz dükanına girəndə qiymət artımını görürük. Daha ucuz qiymətə olanı da var. Lakin mən xəstələnmək və mədə ağrısından əziyyət çəkmək istəmirəm

Əsas odur yumurtanın qiyməti stabil olaraq qalır. Xalq olaraq qırmızı xəttimizi bilirik..."
***
Jurnalist Orxan Tuncər yazır:
"Bahalaşma artıq elə bir həddədir ki, millətin nəfəsi tam kəsilib. Böyük əksəriyyət muzdura dönüb, gündəlik bir qarın çörəyə işləyir.
Ölkə əhalisi sürətli şəkildə yoxsullaşır. Artıq Azərbaycan kişisi dilənçi həddinə qədər enib.
Ölkə iqtiasadiyyatının başında dayanan Mikayıl Cabbarov isə bu iflası yuxulu gözləri ilə seyr edir. Sanki cavabdeh o yox, mənəm..."
***
Mövzuya qayıdacağıq...

Geri qayıt