Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı
Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşıBu gün, 15:40 |
|
Ölkə rəhbərliyinin təhsilə və Azərbaycan müəlliminə göstərdiyi bu böyük diqqət və qayğı fonunda, Neftçala rayonunda tamamilə əks və təhlükəli bir mənzərə yaşanmaqdadır. Bununla bağlı redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, dövlət başçısının təhsilin keyfiyyətinin yüksəldilməsi və müəllimlərin sosial müdafiəsi istiqamətində həyata keçirdiyi köklü islahatlar Neftçala Rayon Təhsil Sektorunun müdiri Nicat Cəfərovun şəxsi maraqları və qanunsuz idarəçilik metodu nəticəsində açıq-aşkar baltalanır. Məlum olduğu kimi, dövlət səviyyəsində keçirilən sertifikasiya imtahanları müəllimlərin peşəkarlığını artırmaqla yanaşı, onların əməkhaqqına ciddi əlavələrin olunmasını nəzərdə tutur. Lakin Neftçalada sertifikasiyada yüksək nəticə göstərən müəllimlər belə illər keçdikcə daha az əməkhaqqı almağa məcbur edilir. Mənbə bildirir ki, bu absurd vəziyyətin başlıca səbəbi Nicat Cəfərovun həyata keçirdiyi qanunsuz “kadr alveri”dir. Optimallaşdırma adı altında heç bir hüquqi və pedaqoji əsas olmadan bağlanan kənd məktəblərinin pedaqoji kadrları şübhəli yollarla, vakansiya sıxlığı olan digər müəssisələrə yerləşdirilir. Nəticədə dərslər kütləvi şəkildə azaldılır, sinif komplektləri süni şəkildə ixtisara salınır və uzun illər vicdanla çalışan müəllimlərin dərs saatları əllərindən alınaraq maaşları minimuma endirilir: “Aprel və may aylarında məktəblərdən toplanan rəsmi proqnozlar əsasında vakansiyalar elan edilsə də, sentyabr ayında mənzərə kəskin şəkildə dəyişir. İddialara görə, sektor müdiri rəsmi vakansiyaları qeyri-qanuni yollarla yerləşdirdikdən sonra sinifləri kütləvi şəkildə bağlayaraq məktəblərdə süni gərginlik yaradır. Bu vakansiya fırıldağının qurbanı isa sadə müəllimlər və təhsilin keyfiyyəti olur. Rayonun təhsil sektorunda kadr təyinatı tamamilə şəxsi münasibətlər və maraqlar üzərində qurulub. Nicat Cəfərov özünə yaxın bildiyi vəzifəli şəxslərin, tanışların və qohumların istədikləri məktəblərə rahatlıqla təyin olunmasını təmin edir, hüquqları tapdalanan sıravi müəllimlərin müraciətlərini isə görməzdən gəlir”. Geri qayıt |