Əsas Səhifə > Ölkə / Manşet > Vüqar Əsgərov özünü toxunulmaz hesab edir...
Vüqar Əsgərov özünü toxunulmaz hesab edir...30-10-2026, 09:57 |
|
"DİA-AZ" bildirir ki, hüquqi tədbirin ortada olmamasına rəğmən biz əldə etdiyimiz bilgiləri paylaşmağa davam edəcəyik. Daxil olan xəbərlərə görə, Vüqar Əsgərov vəzifə imtiyazlarından istifadə edərək ndigər dövlət qurumlarındakı məmurları da öz himayədarına çevirə bilib. Mənbə deyir: "Bu gün peşəkarlığı şübhə doğuran onlarla gənc məhz hansısa məmurun oğlu, qardaşı və yaxud da yaxını olması bəbəindən Vüqar Əsgərov tərəfindən işə götürülüb. Bu hesabla özünə ciddi qoruyucu çətir də fırmalaşdıra bilib. Amma onun əsas himayədarı Ali Məhkəmənin sədri İnam Kərimovdur. Məhz ona güvəndiyindən, ona söykəndiyindən bu gün barəsində hansısa hüquqi tədbirin görülməsi inandırıcı görünmür. Elə buna görə də DGK-da açıq bazar açan Vüqar əsgərov aşkar formada özünə və DGK sədri Şahin Bağırova pul yığmaqla məşğuldur". Kadr təyinatları və kadr yerdəyişmələri ilə yanaşı, daha hansı yollarla cənab Əsgərov sərvət toplayır? Bu barədə növbəti yazılarımızda danışacağıq. Bizi izləməyə davam edin... Geri qayıt |