Əsas Səhifə > Dünya > ABŞ İraqdan çıxması ərəfəsində hava hücumundan müdafiə sistemlərini sökməyə başlayıb
ABŞ İraqdan çıxması ərəfəsində hava hücumundan müdafiə sistemlərini sökməyə başlayıb18-09-2026, 06:54 |
|
ABŞ qüvvələri beynəlxalq koalisiya qoşunlarının İraqdan çıxarılması ərəfəsində İraq Kürdüstanında yerləşdirilmiş hava hücumundan müdafiə sistemlərini sökməyə və ərazidən çıxarmağa başlayıb. Bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb. Mənbələrin məlumatına görə, ABŞ qüvvələri İraq Kürdüstanındakı mövqelərindən HHM sistemlərinin sökülməsi və daşınmasına, həmçinin ağır hərbi texnikanın bölgədən çıxarılmasına başlayıblar. Bildirilib ki, beynəlxalq koalisiya hər gün İraq ərazisindən ən azı bir hərbi texnika karvanı çıxarır. Beynəlxalq koalisiyanın İraqdakı missiyasının sentyabrın 30-da başa çatdırılması planlaşdırılır. ABŞ hərbçilərinin böyük hissəsi daha əvvəl İraqın federal ərazilərindəki bazaları tərk edib, qüvvələrin bir hissəsi isə İraq Kürdüstanında qalmışdı. Geri qayıt |