Əsas Səhifə > Dünya > Putin Rusiyaya elə bir zərbə vurub ki...
Putin Rusiyaya elə bir zərbə vurub ki...4-10-2026, 06:45 |
|
Rusiya Ukrayna müharibəsi çox təhlükəli ssenari ilə davam edir. Artıq Ukrayna özünün balistik raketini istehsal edib və bu günlərdə ilk döyüş tapşırığını yerinə yetirdi. Rusiya jet powered dronları ilə dronların vurulmasını daha da çətinləşdirdi. Əvvəlki Rusiya ordusu həm personal həm də texnika baxımdan bir çox aspektlərdə yarıdan çox sıradan çıxıb. Ukrayna ordusu müharibədən əvvəlki ordudan tamamilə fərqi bir gücə çevrilib. Müqayisə edilməz bir şey. Hər iki tərəf döyüşə döyüşə yeni ordu yaradır. Rusiyada bu proses daha yavaş gedir amma gedir.
Rusiya Çindən çox güclü dəstək alır. Həm də Çin Rusiya vasitəsi ilə müharibəni dərindən öyrənir və öz ordusuni təkmilləşdirir. Ukrayna da Qərb tərəfdaşları ilə yeni silahların inkişafında sıx əməkdaşlıq edir. İki qütb sürətlə hərbiləşir. Bunun yeganə yaxşı tərəfi əldə edilən texnoloji nailiyyətlərin başqa sahələrə tətbiqi potensialıdır. Qalanı qırğın.
Qırğından da başqa müharibədən əvvəlki ilə müqayisədə qlobal hərbi xərclər təxminən 500 milyard dollar artıb. Bunun böyük hissəsi birbaşa resurs itkisidir. Bu qədər vəsait yoxdan gəlmir. Hardansa kəsilir. Ölkələr beynəlxalq yardımlaşma, sosial, səhiyyə, təhsil xərclərindən qənaətə gedir və ya bütün iqtisadi artım artan hərbi xərclərə gedir. Bu isə dünyanı pis ssenaridə yoxsulluğa səfalətə sürükləyir, yaxşı halda inkişafdan geri salır. Hər il bu qədər vəsaitlə dünyanın bir çox qlobal problemini qısa zamanda həll etmək olardı amma biz yeni problemlər yaradırıq.
Rusiyanın bu müharibədə qalib gəlmək şansı sıfırın altındadır artıq. Hətta ərazi baxımından belə son aylarda ya yerində sayır, ya daha çox itirir. Putin dəlidir. Amma bu müharibənin Rusiyaya bir çox təsirlərini növbəti hökümətlər qısa zamanda aradan qaldıra biləcək amma təkcə demoqrafik yaranı sağaltmaq sadəcə mümkün olmayacaq. Eləcədə Ukraynanı bərpa etmək olacaq ama demoqrafik böhranı həll etmək olmayacaq. Əvvəlki müharibələr zamanı əhali onsuz da sürətlə artırdı. İndi o dövr deyil artıq. Heç bir sivil ölkə bu qədər uzun və canlı itkili müharibəyə dözümlü deyil bu dövrdə.
.
Cavid Qara - "DİA-AZ"
Geri qayıt |