Əsas Səhifə > Dünya > Zelenski Trampla heç razı deyil
Zelenski Trampla heç razı deyilBu gün, 00:42 |
|
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı prezident Donald Trampın elan etdiyi "enerji atəşkəsi"nə əməl etməməkdə suçlayıb.
"DİA-AZ" xəbər verir ki, Tramp isə oktyabrın 11-də birtərəfli şəkildə açıqladığı atəşkəsin hələ də qüvvədə olduğunu iddia edir. Lakin tərəflərdən heç biri bu razılaşmanı rəsmən təsdiqləməyib.
Zelenski sosial şəbəkədə yazıb ki, son iki gündə Ukrayna Trampın tələbinə uyğun olaraq Rusiyanın neft emalı zavodlarına zərbələr endirməkdən çəkinib. Ancaq onun sözlərinə görə, Rusiya eyni addımı atmayıb.
"Bu müddətdə ruslar həm enerji obyektlərimizə, həm də kritik infrastrukturumuza hücum ediblər. Bununla da Ukraynaya zərbələr endirməkdən çəkinmək niyyətlərinin olmadığını tam aydın şəkildə nümayiş etdiriblər", — Zelenski oktyabrın 13-də yazıb.
Geri qayıt |