Əsas Səhifə > Dünya > Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyibBu gün, 04:53 |
|
ABŞ Prezidenti Donald Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə daxil olacağına əmin olduğunu bildirib. APA xəbər verir ki, Tramp bu barədə Arizona ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb. “Onlar sonda 51-ci ştat olacaqlar, çünki başqa cür ola bilməz. Onlara ehtiyacımız yoxdur, onların bizə ehtiyacı var”, - Tramp deyib. Tramp daha əvvəl dəfələrlə Kanadanın ABŞ-a birləşməsinə çağırış edərək Kanadanın Baş naziri Mark Karnini qubernator adlandırıb. Kanada hakimiyyəti isə ölkənin ABŞ-a birləşdirilməsi ehtimalını rədd edib. Geri qayıt |