Əsas Səhifə > Dünya > ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı
ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdıBu gün, 03:40 |
|
ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS George H. W. Bush” təyyarədaşıyan gəmisi Tailanda səfərindən sonra Ərəbistan dənizinə qayıdıb. Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Mərkəzi Komandanlığı məlumat yayıb. Bildirilib ki, gəmi və onun təxminən 5 min nəfərlik heyəti planlaşdırılmış yerləşdirmə çərçivəsində ABŞ-ın Yaxın Şərqdəki əməliyyatlarını dəstəkləməyə davam edir. Məlumata görə, “USS George H. W. Bush” və “USS George Washington” təyyarədaşıyan gəmilərinin rəhbərlik etdiyi dəniz qrupları yenidən bölgədə fəaliyyət göstərir. ABŞ Hərbi Dəniz Qüvvələrinin digər gəmiləri də Ərəbistan dənizi, Hind okeanının şimal-qərbi və Qırmızı dənizdə yerləşdirilib. Geri qayıt |