Əsas Səhifə > Dünya > Vens 2028-ci il prezident seçkilərində Trampın dəstəyini qazana biləcəyini düşünür
Vens 2028-ci il prezident seçkilərində Trampın dəstəyini qazana biləcəyini düşünürBu gün, 04:48 |
|
ABŞ-nin vitse-prezidenti Cey Di Vens 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyi təqdirdə Donald Trampın dəstəyini qazana biləcəyini bildirib. Vens bu barədə “2WAY” portalına müsahibəsində danışıb. “Düşünürəm ki, seçki yarışına qoşulsam, Prezident məni dəstəkləyər”, – o qeyd edib. Bununla belə, Vens 2028-ci il prezident seçkilərində iştirakla bağlı hələ qərar qəbul etmədiyini və bu məsələni Trampla müzakirə etmədiyini vurğulayıb. Vitse-prezident hazırda əsas diqqətinin noyabrda keçiriləcək Konqresə aralıq seçkilərinə yönəldiyini bildirib. “Məqsədim noyabrın əvvəlində mümkün qədər çox respublikaçının seçilməsidir. 2028-ci ildə nə edəcəyimə hələ qərar verməmişəm”, – Vens əlavə edib. Geri qayıt |