Əsas Səhifə > Dünya > Türkiyə parlamenti hansı addımı atacaq?..
Türkiyə parlamenti hansı addımı atacaq?..Bu gün, 05:45 |
|
Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə imzaladığı müdafiə sazişini ratifikasiya olunması üçün parlamentə təqdim edib. "DİA-AZ" xatırladır ki, Türkiyə NATO-nun sayca ikinci ən böyük ordusuna malikdir. Məkkə sazişi isə tərəflərin üzərinə qarşılıqlı müdafiə öhdəliyi qoyur.
Üç ölkə Məkkə Birgə Müdafiə Sazişini avqust ayında imzalayıb. Sazişə görə, üzv ölkələrdən birinə hücum bütün üzvlərə edilmiş sayılır. Ancaq saziş imzalanarkən yayılan birgə bəyanatda ölkələrin konkret öhdəlikləri göstərilməyib.
Bu ayın əvvəlində alyansın Ər-Riyadda fövqəladə iclası keçirilib. Tərəflər Səudiyyə Ərəbistanında hərbi qüvvə və imkanların "sürətlə yerləşdirilməsi" barədə razılığa gəliblər.
Türkiyə husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib və Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyini qorumaq üçün Ər-Riyadın rəhbərlik etdiyi koalisiyaya qoşulmağa razılıq verib.
Geri qayıt |