Əsas Səhifə > Dünya > Tramp Zelenskini dekabrda keçiriləcək G20 sammitinə çağıracaq

Tramp Zelenskini dekabrda keçiriləcək G20 sammitinə çağıracaq


1-11-2026, 06:22

ABŞ prezidenti Donald Tramp dekabrda Mayami yaxınlığında keçiriləcək G20 sammitində Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakına qarşı olmadığını bildirib.

Teleqrafxəbər verir ki, Tramp jurnalistin Zelenskini “Böyük iyirmilik” (G20) sammitinə dəvət edib-etməyəcəyi ilə bağlı sualını cavablandırarkən buna maneə görmədiyini deyib.

“Bəli, bunda heç bir problem yoxdur”, - deyə ABŞ prezidenti bildirib.

Tramp, həmçinin Rusiya ilə Ukrayna arasında müharibənin yaxın gələcəkdə başa çatacağını düşündüyünü vurğulayıb.

Qeyd edək ki, G20 sammiti dekabr ayında ABŞ-nin Florida ştatında, Mayami şəhərinin yaxınlığında keçiriləcək.


Geri qayıt