Əsas Səhifə > Güney Press / Partiya > "Yaxşı olardı ki, tədris ili sentyabrın 1-dən başlasın və mayın sonunda bitsin"
"Yaxşı olardı ki, tədris ili sentyabrın 1-dən başlasın və mayın sonunda bitsin"11-09-2026, 06:30 |
|
Azərbaycanda orta və ali məktəblərdə dərslər 2004-cü ildən etibarən sentyabrın 15-də başlayır, iyunun 15-də bitir. Həmin vaxta qədər isə dərslər sentyabrın 1-də başlayıb, may ayının 25-də başa çatırdı. Tədris ilinin başlama-bitmə tarixi ilə bağlı müzakirə zaman-zaman gündəmə gəlir. Bu gün artıq faktdır ki, may ayından sonra şagirdlər məktəbə maraq göstərmirlər və davamiyyət kəskin aşağı düşür. Buraxılış imtahanlarının da tədris ili başa çatmadan keçirilməsi bu müddətə təsir edir. Bir çox şagird isə demək olar ki, həmin müddətdə məktəbə deyil, əsasən repetitor yanına hazırlığa gedir. Sentyabr ayının 1-də havaların isti olmasının əsas gətirənlər isə iyun ayında havaların daha isti olduğunu qəbul etmək istəmirlər. Eyni zamanda, şagirdlər və hətta müəllimlər artıq dərs ilinin sonuna yaxınlaşdığı üçün yeni nəsə öyrətmək və öyrənmək həvəsində olmurlar. Müəllimlər də məzuniyyət dövrünə qədər məktəbə getmək məcburiyyətindədirlər. Ekspertlərin fikrincə, dərslərin sentyabrın 1-də başlaması və may ayında bitməsi uşaqların tətil müddətini tənzimləyir. Eləcə də, şagirdlərin, xüsusilə də ibtidai sinifdə təhsil alanların dərs prosesinə adaptasiyası müəyyən vaxt tələb edir ki, dərslər sentyabrın 15-də başladıqda ayın sonunadək müddət itirilmiş olur. Qeyd edək ki, bu gün bir çox dünya ölkələrində tədris ili sentyabrın 1-də başlayır. Ölkəmizdə dərs ilinin başlaması müzakirlər bitmir. Millət vəkili Ceyhun Məmmədov “Cebheinfo.az”-a bildirib ki, əslində proseslərin təhlili təhsil müddətinin dəyişməsinin effektiv olmadığını göstərdi: “İyun ayının son 15 günü demək olar ki, o qədər də səmərəli keçmir. Həm yayın istisi, həm prosesin bu formada getməsi ona aparıb çıxarır ki, artıq iyunda səmərəli tədrisdən söhbət gedə bilməz. Eyni prosesi də biz sentyabrın əvvəli haqqında da deyə bilərik. Yaxşı olardı ki, tədris ili sentyabrın 1-dən başlasın və mayın sonunda bitsin. Məsələ ondadır ki, bu dəyişiklik özünü doğrultmadı. Məhz doğrultmadığına görə tədris ilinə sentyabrın 1-də başlamaq daha yaxşı və məqsəduyğun olardı”. Geri qayıt |