Əsas Səhifə > Güney Press / Partiya > "Ağlınız meşədə böyürtkən cəriməsi yığan Azərbaycana getməsin..."
"Ağlınız meşədə böyürtkən cəriməsi yığan Azərbaycana getməsin..."11-09-2026, 08:40 |
|
"Soruşmayın Trump hərəyə 5 min dolları hardan tapıb vəd etdiyi kimi qarşıdakı noyabr seçkisindən sonra vətəndaşlara paylayacaq. Pul var..." "DİA-AZ" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın seçkilərdə etdiyi vədlərlə bağlı fikir yürüdən ReAL Partiyasının qurucu üzvü İlqar Məmmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Son iki ildə amerikalıların 20 faizi 14 trilyon dollar daha zəngin oldu, bu isə təxminən tək bir Avstraliyanın sərvəti boyda dəyərdir. Özü də, ölkəyə yatırım etmiş xarici və yerli sərmayəçilərin hesabına, yəni qalan 80 faizi soymadan, əksinə, onları da zənginləşdirərək. Ağlınız meşədə böyürtkən cəriməsi yığan Azərbaycana getməsin.
Bununla yanaşı, vəd edilən o pulların seçicini Trumpa tərəf çəkib-çəkməyəcəyini hələ bilmək olmaz, çünki sonuncunun yanlışları da qaynayan Amerika siyasi qazanında aşıb-daşır..."
Geri qayıt |