Əsas Səhifə > Güney Press / Partiya > "Hakimiyyət mediası və tezislə danışan siyasilər ən radikal müxalifət kimi danışır"
"Hakimiyyət mediası və tezislə danışan siyasilər ən radikal müxalifət kimi danışır"18-09-2026, 05:58 |
|
"Hakimiyyət mediası və tezislə danışan siyasilər ən radikal müxalifət kimi danışır.
Sistem niyə belə edir, cəmiyyəti niyə qəzəbləndirir?" "DİA-AZ" xəbər verir ki, bunu siyasi ekspert Sahib Kərimli son günlərin tendensiyasını - hakimiyyətə aid bəzi KİV-lərdə ayrı-ayrı məmurların açıq şəkildə hədəfə alınmasına münasibət bildirərkən qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Cünki cəmiyyətin qəzəbini idarə etmək, onun düşüncəsini idarə etməkdən daha asandır.
Qəzəbli başda düşüncə olmaz.
Emosiya siyasətin yanacağıdır, amma sükan deyil. Sükan analitik düşüncə, institut və kollektiv təşkilatlanmadır.
Ağzı aşağı gedirik, hamı bir-birinə yalandan deyir ki, sükanı belə saxla..."
Geri qayıt |