Əsas Səhifə > Güney Press / Partiya > Nümayəndəmiz Paşinyan çıxış edəndə də zalı tərk etməyib...

Nümayəndəmiz Paşinyan çıxış edəndə də zalı tərk etməyib...


30-09-2026, 06:54

"Qardaş Türkiyədə azsaylı, məntiqsiz bir qrup, Azərbaycan – Türkiyə dostluğunu, strateji müttəfiqliyi hədəfə gətirmək istəyir. Belə provokatorlara meydan verməyin, onların da istədikləri odur ki, bir ovuc mənasız adamlar nifaq salsınlar, biz də emosional reaksiya verərkən onların əkməyinə yağ sürtürük..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "BMT-də zalı tərk etmək, ya kimisə dinləmək dostluq, həmrəylik göstəricisi ola bilməz, bu məntiqsizlikdir. Həmin an zalı tərk edənlər arasında İspaniya, Sloveniya, Monako, San-Marino, Şimali Makedoniya və s. kimi Avropa ölkələri də olub – indi bir qrup məntiqsiz düşünür ki, həmin ölkələr qardaş Türkiyəyə bizdən daha dost, daha yaxındılar?! Tam absurd yanaşmadır axı.
Xarici siyasət emosiya sevmir, məntiqsizlik qəbul etmir, xarici siyasət strateji baxış tələb edir. Azərbaycan – Türkiyə qardaşlığı, dostluğu dünyada nadir görünən orqanik, həm məntiq, həm də duyğular üzərinə inşa edilən müttəfiqlikdir, bunu anlamayanlar varsa, bu onların xoş niyyətlətrindən qaynaqlanmır, qəsdən, ziyan vurmaq üçün edilir.
Həmin şəxslər anlamır ki, Azərbaycan nümayəndə heyyəti BMT də həmişə əsl diplomatik etika nümayiş etdirib, məsələn, Ermənistanın Baş Naziri Nikol Paşinyan BMT Baş Assambleyasının sessiyalarında və tədbirlərində indiyədək 7 dəfə çıxış edib:
- 2018-ci il: BMT Baş Assambleyasının 73-cü sessiyası
- 2019-cu il: BMT Baş Assambleyasının 74-cü sessiyası
- 2020-ci il: BMT Baş Assambleyasının 75-ci sessiyası (COVID-19 pandemiyası ilə əlaqədar virtual formatda idi)
- 2021-ci il: BMT Baş Assambleyasının 76-cı sessiyası
- 2022-ci il: BMT Baş Assambleyasının 77-ci sessiyası
- 2024-cü il: BMT Baş Assambleyasının 79-cu sessiyası
- 2025-ci il: BMT Baş Assambleyasının 80-ci sessiyası
2018-19-cu illərdə işğal davam edirdi, Paşinyan, “Qarabağ Ermənistandır”, demişdi, amma, Azərbaycan nümayəndə heyyəti o çıxış edərkən zalda idi.
2021-22-ci illərdə qondarma rejim hələ Xankəndində idi, işğal davam edirdi, Ermənistan öz qoşunlarını çıxaratmamışdı, Rusiya hələ aranı qatırdı, amma, Azərbaycan nümayəndə heyyəti onun çıxışı zamanı zalda idi. Yəni, Azərbaycan diplomatiyada, atdığı addımlarda həmişə məntiqi ardıcıllığı, ədəb-ərkanı və ciddiyəti qoruyub.
Bir daha – xarici siyasət emosiya sevmir. Türkiyə və Azərbaycanın müttəfiqliyi əbədidir, dönməzdir, ən əsası, təbiidir!
Qardaş Türkiyə də Türk Dünyasının lideri olmaq üçün çalışmalıdır, İslam dünyasınən lideri olmaq istəyi zaman və enerji itkisidir – dünyada ərəb xalqının qurduğu 22 ölkə var, onlar Türkiyəni İslam aləminin lideri olmasına imkan verməyəcəklər..."

Geri qayıt