Əsas Səhifə > Güney Press / Partiya > Prezidentin mesajı hansı qüvvələrə yönəlib?
Prezidentin mesajı hansı qüvvələrə yönəlib?6-10-2026, 06:07 |
|
"Prezident İlham Əliyevin çıxşı ümumi xarakterli çıxışdır və konkret hansısa bir hədəfdən söhbət gedə bilməz". Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycan lideri İlham Əliyevin “Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib” fikrindən danışarkən bildirdi. "Prezident ATƏT-in Minsk qrupunun adını çəkir və bildirir ki, beynəlxalq ictimaiyyətin bu məsələdə Azərbaycana həmişə tək qoyduğu və hər hansı bir dəstək vermədiyi ortadadır. Orada mətndə açıq-aşkar görünür ki, bu, daha çox Qarabağın işğalını 30 il görməzdən gələn qüvvələrə yönəlmiş mesajdır", - deyə millət vəkili vurğuladı. Geri qayıt |