Əsas Səhifə > Güney Press / Partiya > "Heç kim deməyib ki, yetkin yaşlı şəxslərin gedin başını açın"

"Heç kim deməyib ki, yetkin yaşlı şəxslərin gedin başını açın"


Bu gün, 06:40

"Mövzunun məğzini tam başqa yerə yönəlməsi, onu göstərir ki, bilərəkdən istiqamət dəyişdirilir. Məsələ odur ki, qaydalarda uşaqların məktəbə vahid məktəbli forması ilə gedilməsi tələbini qoyub..." "DİA-AZ" xəbər verir ki, bu fikirləri öz açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova söyləyib.

O daha sonra bildirir: "Heç kim deməyib ki, yetkin yaşlı şəxslərin gedin başını açın. O cümlədən məktəblilər kimi, müəllimlər üçün də vahid forma məsələsi müzakirə edilib və qərar qəbul edilib. Məktəbdən kənar heç kimin başının açılması tələbi yoxdur. Heç kim də kiminsə baş örtüyünə görə ona irad bildirmir. Mövzunun tam başqa istiqamətə yönəltmək bir mənalı şəkildə mövzunun kənardan idarə edilməsini göstərir. Dövlətin uşaqlarla bağlı prinsipləri və tələbləri odur ki, Uşaq dövlətə məxsusdur. Uşağa qarşı valideyn tərəfindən hər hansı hərəkət və ya hərəkətsizliyində Dövlət uşağın müdafiəsini təmin edir. Hansı sahədə necə olduğunu bilmirəm, amma uşaqlarla bağlı həm əhali həm də dövlət uşaqyönümlü siyasətə həmişə üstünlük verir və ona nəzarəti var.. Bilirəm başqa arqumentlər irəli sürəcəksiniz amma həqiqət budur. Şəxsi mövqeyim isə hətta bu məsələlər müzakirəyə çıxarılmadanda azyaşlının hicablanmasını əleyhinəyəm..."


Geri qayıt