Əsas Səhifə > Güney Press > Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb
Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıbBu gün, 10:16 |
|
Xəzər dənizinin dibi ilə fiber-optik kabel çəkən şirkət Azərbaycanda filial açıb. Banker.az xəbər verir ki, “CaspiLink B.V.” şirkətinin Azərbaycandakı filialı dövlət qeydiyyatına alınıb. “CaspiLink B.V.” “AzerTelecom” və Qazaxıstanın “Kazakhtelecom” şirkətlərinin birgə müəssisəsidir. Şirkət Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi layihəsini həyata keçirir. Azərbaycandakı filialın qanuni təmsilçisi Gürcüstan vətəndaşı Ana Nakaşidzedir. Filialın hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 113-dür. Geri qayıt |