Əsas Səhifə > Güney Press > “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı

“Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı


Bu gün, 18:26

“Qarabağ” Futbol Klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev işindən ayrılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə klub paylaşım edib.

Qeyd olunub ki, o öz istəyi ilə bu qərarı verib.

2023-cü ilin sentyabrından bu vəzifədə çalışan Hacıyevin fəaliyyəti dövründə komanda 2 dəfə Azərbaycan çempionluğu, 1 dəfə ölkə kubokunu qazanıb.


Geri qayıt