Əsas Səhifə > Güney Press / Partiya > "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz"

"Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz"


Bu gün, 05:22

"Vahid məktəbli geyimi ilə bağlı yaradılan süni ajiotajlar günü Prezident İlham Əliyevin Sərəncamı ilə Qəbul imtahanlarında ən yüksək bal toplamış 102 tələbə Prezident təqaüdünə layiq görüldü. Onların 54-ü qızlardır. PİSA: 2025 nəticələrinə görə qızların riyazi savadlılığı oğlanlardan yüksəkdir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında keçmiş deputat Etibar Əliyev qeyd edib.

O daha sonra fikrini belə davam etdirir: "Beynəlxalq və yerli fənn olimpiadalarında da qızlarımız fərqlənirlər. Belə nəticəyə gəlmək olar ki, qızlar gələcəkdə insan kapitalının inkişafına öz töhfələrini verəcəklər. Dövlətin məqsədi dünyəvi təhsil sisteminin təşəkküllüdür. Buna görə də qanunlara və qaydalara riayət etmək lazımdır. 
Bu günki hadisələr bəzi gizli mətləbləri üzə çıxardı. Misilsiz Zəfər qazanmış Vətənimizin yeni ideologiyasının nüvəsini həmrəylik, müstəqillik, maarifçilik, elmin və təhsilin inkişafı təşkil edəcək. Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz.
Bütün dünyada belədir, dövlət məktəbi qanadları altına alır. Bir həqiqət də ortaya çıxdı ki, məktəbdə tədrisin, tərbiyənin və fiziki hazırlığın yüksək səviyyədə təşkil olunması işi bacaranlara tapşırılmalıdır. Məktəbi gəlir yerinə çevirən naşılar tezliklə bu işdən uzaqlaşdırılmalı, onların barəsində ölçü götürülməlidir…
Azərbaycan dövləti 2-ci Qarabağ müharibəsində öz lideri və xalqının birliyi sayəsində Dövlət imtahanından "əla" qiymət aldı. Bu günki tolerantlıq və həmrəylik onu göstərdi ki, gələcək inkişafımızda Dövlətimizin "əla" qiymətlər almaq bacarığı daha sürəkli olacaq...
Biz birlikdə güclüyük!.."


Geri qayıt