Əsas Səhifə > Güney Press > Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı
Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdıBu gün, 06:01 |
|
Qaradağ rayonunun sanitariya və kommunal xidmətlərinə cavabdeh olan daha bir dövlət qurumunun büdcəyə külli miqdarda borcu olduğu bəlli olub. 32gun.az-ın əldə etdiyi məlumata görə, Qaradağ Rayonu Sanitar-Kommunal İstismar İdarəsinin dövlət qarşısında vergi borcu artaraq 90.166,47 AZN-ə çatıb. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ştq, Seymur Orucov küçəsi, ev 6 ünvanında qeydiyyatda olan idarənin qanuni təmsilçisi Hətəm Hətəmov Oruc oğludur.Geri qayıt |