Əsas Səhifə > Güney Press > “İnternational Leasing”də struktur dəyişikliyi olacaq

“İnternational Leasing”də struktur dəyişikliyi olacaq


Bu gün, 09:52

“İnternational Leasing” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq.

Banker.az xəbər verir ki, bununla bağlı cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İclas 11 noyabr 2026-cı il tarixində saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi 86A ünvanında baş tutacaq.

Yığıncağın gündəliyinə cəmiyyətin struktur dəyişikliyi ilə əlaqədar nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələsi daxildir.

Xatırladaq ki, “İnternational Leasing” 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Şirkətin səhmlərinin 45%-i Nicat Həsənova, 45%-i onun qardaşı Rifat Həsənova, 10%-i isə Leyla Cabbarovaya məxsusdur.


Geri qayıt