Əsas Səhifə > Güney Press > “Roşka” ləqəbli tiktokerə hökm oxunub
“Roşka” ləqəbli tiktokerə hökm oxunubBu gün, 10:28 |
|
Polis tərəfindən saxlanılan “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Rövşən Süleymanov 3 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı Rövşən Süleymanovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Xatırladaq ki, Rövşən Süleymanzadə daha öncə inzibati qaydada həbs edilib. Geri qayıt |