Əsas Səhifə > Güney Press > Putin sülh danışıqları üçün bütün Donbası istəyir

Putin sülh danışıqları üçün bütün Donbası istəyir


Bu gün, 10:58

Rusiya Prezidenti Vladimir Putin sülh danışıqlarına yalnız hazırda Donbas bölgəsinin Ukrayna ordusunun nəzarətində qalan hissəsini əldə etdikdən sonra qayıdacaq.

Teleqraf xəbər verir ki, bu barədə Kremlə yaxın mənbəyə istinadla “Reuters” məlumat yayıb.

Söhbət Donbasın 11 faizlik hissəsindən gedir. Mənbə qeyd edib ki, Putin həmin hissəni əldə etməklə bunu Rusiya daxilində “qələbə” kimi təqdim etmək istəyir.

Ukrayna Rusiyaya ərazi verməyəcəyini bəyan edib. Amma mövcud cəbhə xətləri boyunca münaqişənin dondurulması sülh sazişi üçün əsas ola bilər.

Başqa bir mənbənin məlumatına görə, ABŞ ötən həftə elan edilmiş dizel yanacağı ilə bağlı razılaşmanın üçtərəfli danışıqların bərpasına kömək edəcəyinə ümid edir.

ABŞ prezidentinin kürəkəni Cared Kuşner Mayamidə ukraynalılarla görüşü zamanı onların Rusiyanın neft emalı zavodlarına zərbələr endirməyi dayandırmalarını istəyib və Donald Tramp administrasiyasının istəyini xüsusi vurğulayıb.

“İdeya ondan ibarətdir ki, ABŞ Rusiyaya müraciət edərək belə deyə bilər: “Görürsünüz, ukraynalılar zərbələri dayandırdılar, biz isə sizə bu razılaşmanı təqdim edirik. İndi növbə sizindir, siz də müəyyən addım atmalısınız”, - nəşrin həmsöhbətlərdən biri vurğulayıb.


Geri qayıt