Əsas Səhifə > Güney Press > Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb

Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb


Bu gün, 11:21

Lənkəranda bıçaqlanma hadisəsi olub.

Yurd.Media xəbər verir ki, hadisə Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində baş verib.

Belə ki, ailə münaqişəsi zəminində 34 yaşlı Allahşükür Ağazadə öz həyat yoldaşı 1997-ci il təvəllüdlü Rəvanə Nicat qızı Ağazadəyə çoxsaylı bıçaq zərbələri endirib.

Bu zaman evdə olan azyaşlı 2023-cü il təvəllüdlü H.A qorxusundan anasının qucağına qaçıb. Atanın anaya endirdiyi bıçaq zərbələrindən 3-ü də övladına dəyib.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Allahşükür Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Geri qayıt