Əsas Səhifə > Güney Press > “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?”
“Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?”Bu gün, 13:29 |
|
Təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilsə də, bəzi qüvvələr təxribat xarakterli əməllərini həyata keçirmək üçün mövcud qaydalardan alət kimi istifadə edirlər. Sosial mediada ziyalı təbəqənin məktəblərə olunan təxribatlardan danışmaması isə tənqid edilir. Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən yazıçı, şair, dramaturq Seyran Səxavət deyib ki, baş verənləri izləyir, xoşagəlməz hallardır: “Biz bu dövlətdə yaşayırıqsa, “dövlətimizdir” deyiriksə, onun dediyinə də əməl etməliyik”. S.Səxavət ziyalıya dəyər verilmədiyindən də gileylənib: “İş çətinə düşən kimi hamı ziyalı axtarır, amma ziyalının arxasında kimdir dayanan? Boş söhbətdir, deyirlər ziyalı... Azərbaycanda ziyalı söhbəti var? Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” Geri qayıt |