Əsas Səhifə > Güney Press > LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır
LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alırDünən, 22:33 |
|
Lənkəran Dövlət Universitetinin (LDU) bərk inventarın alınması üzrə elan etdiyi tenderin qalibi fərdi sahibkar Əsəd Qacar oğlu Əzizov olub. Plat.az məlumatına görə, tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 158 875,2 manat təşkil edir. Satınalma çərçivəsində universitet üçün aşağıdakı mebel və avadanlıqların alınması nəzərdə tutulur: 1. Rəhbər mebel dəsti Əsəd Əzizovun adı, soyadı və ata adı Masallı şəhər bələdiyyəsinin sədr müavini Əsəd Qacar oğlu Əzizovun adı, soyadı və ata adı ilə üst-üstə düşür. Açıq mənbələrdə yayılan məlumatlara əsasən, o, bələdiyyə seçkilərində namizəd olarkən təqdim etdiyi tərcümeyi-halında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu qeyd edib. Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlardan aydın olur ki, Əsəd Əzizov müxtəlif satınalma müsabiqələrində iştirak edir və qalib seçilir. Geri qayıt |