Əsas Səhifə > Güney Press > Nazim Əhmədlinin şirkəti Nərimanov Tibb Mərkəzindən tender qazandı

Nazim Əhmədlinin şirkəti Nərimanov Tibb Mərkəzindən tender qazandı


Bu gün, 06:11

TƏBİB-in tabeliyində fəaliyyət göstərən "Nərimanov Tibb Mərkəzi" Publik Hüquqi Şəxsi tərəfindən növbəti satınalma müqaviləsi imzalanıb. 32gun.az-ın əldə etdiyi məlumata görə, tibb mərkəzi tərəfindən "Digər malların satın alınması" üzrə keçirilən müsabiqənin qalibi "Procure Masters" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.

Tərəflər arasında ümumi dəyəri 11.555,11 AZN təşkil edən satınalma müqaviləsi bağlanıb.

İngilis dilindən tərcümədə "Təchizat Ustaları" mənasını verən iddialı ada malik "Procure Masters" MMC Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, ev 17, mənzil 15 ünvanında mənzil qeydiyyatındadır. Qanuni təmsilçisi Nazim Əhmədli Namiq oğlu olan bu şirkətin nizamnamə kapitalı cəmi 10 AZN təşkil edir.


Geri qayıt