Əsas Səhifə > Güney Press > "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır

"Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır


Bu gün, 06:45

Şabran rayonunda yerləşən şərab emalı müəssisəsinin dövlət büdcəsinə olan vergi borcu kəskin şəkildə artaraq rekord həddə çatıb. 32gun.az-ın əldə etdiyi məlumata görə, "Azerbaijan Wines Factory" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırkı vergi borcu 480.477,79 AZN təşkil edir.

Şabran rayonu, Gəndob kəndində hüquqi qeydiyyatda olan bu şirkətin nizamnamə kapitalı cəmi 10 AZN kimi göstərilib.

Xatırladaq ki, şirkətin vergi borcu bu ilin aprel ayında 111.779,42 AZN təşkil edirdi. Cəmi bir neçə ay ərzində büdcəyə olan borcun 4 dəfədən çox artaraq yarım milyon manata yaxınlaşması diqqət çəkir.

Diqqətçəkən digər mühüm məqam isə 10 manatlıq nizamnamə kapitalı olan şirkətdə qanuni təmsilçilərin tez-tez dəyişməsidir. Belə ki, kommersiya qurumunun rəhbərliyi qısa müddət ərzində növbəli şəkildə dəyişib:

Ağacanov Vahid Xoca oğlu (08.12.2023 tarixinədək)

Rəhimov Orxan Məzahir oğlu (29.01.2026 tarixinədək)

Rəhimov Çingiz Adil oğlu (04.08.2026 tarixindən etibarən hazırkı qanuni təmsilçi)

Yarım milyon manata yaxın vergi borcu olan müəssisədə rəhbər şəxslərin ard-arda dəyişməsi və simvolik kapitala malik olması vergi yayındırma və pərdəarxası maliyyə əməliyyatları şübhələrini daha da artırır.


Geri qayıt