Əsas Səhifə > Güney Press > “4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim,
“4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim,Bu gün, 10:42 |
|
“Anam teatrda işləməyimə mane oldu, istəmirdi ki, səhnədə olum. Maliyyə-kredit ixtisasında oxuyurdum. Televiziyaya gedəndə AZTV 4 il idi ki, açılmışdı. Məni praktikaya götürdülər və dedilər ki, “universiteti bitirəndən sonra gələrsən”. 1962-ci ildə universiteti bitirib yenidən televiziyaya qayıtdım. Bu dəfə artıq işçi kimi.. Televiziyadan 74 yaşımda təqaüdə çıxdım. Həm yorulmuşdum, həm də artıq dövlət başçısı mənə təqaüd vermişdi. Fikirləşdim madam ki, yaşamağa məvacibim var, niyə özümü bu yaşda yorum?! Çox yorulurdum. Televiziya yorucu işdir. Bir qadın kimi kişilərlə ayaqlaşmaq da çətin idi. Məndə gənclər redaksiyası idi. Anar, Vaqif və Yusif Səmədoğlular və bir sıra o vaxtın gəncləri ilk addımlarını mənim redaksiyamda atıblar və ilk nailiyyətlərini də burada əldə ediblər”.
Bunu Moderator.az-a açıqlamasında AZTV-nin ilk ali dərəcəli qadın rejissoru Solmaz Həmzəyeva deyib.
O daha sonra əlavə edib:
“Bu gün o vaxtın gənclərinin hamısı məni yaxşı tanıyır. Bəzən küçədə qoca kişilər yaxınlaşıb deyir ki, “Solmaz xanım, ilk dəfə məni televiziyaya siz dəvət etmisiz”. Soruşuram ki, neçə yaşın var? Deyir ki, “75, 73”. Mən az qala onlardan 30 yaş böyüyəm. Artıq onlar da qocalıblar. Bu gün də gənclərə dəstək olmağa çalışıram. Bəzən zəng edirlər, öz işlərinə münasibət öyrənirlər, hamısına yol göstərirəm. İstedadlı gənclər var və çoxdur. Onlara düzgün yol göstərmək lazımdır. O vaxt diplom işləri olurdu. Mən verilişi hazırlayırdım, sonda onların adı gedirdi. Guya verilişi onlar hazırlayıblar (gülür). Bu da onların diplom işi sayılırdı. Onlar bilmirdilər mənim başıma necə dolansınlar. Əlbəttə ki, daha sonra özləri də peşəkarlaşırdılar və sərbəst şəkildə veriliş hazırlayırdılar. Sadəcə olaraq ilk addımlarda onlara belə təkanlar lazım idi”.
Geri qayıt |