Əsas Səhifə > Güney Press > Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam”
Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam”Bu gün, 10:54 |
|
Göyçayın Alpout kəndində vahid məktəbli geyimi ilə bağlı ictimai asayişi pozaraq məktəb rəhbərliyini təhqir edən şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub. Xitab24.az-ın məlumatına görə, Nazirlər Kabinetinin müvafiq qərarını qəbul etmədiyini bildirən valideyn Həsən İsrafilov, polisin qanunu tələblərinə tabe olmayıb. Nəticədə İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddəsinin tələblərini pozan 1992-ci il təvəllüdlü şəxs barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə H.İsfarilov 10 gün müddətinə inzibati qaydada həbs edilib. Eyni intizamsızlığı Xırdalanda törədən 1989-cu il təvəllüdlü şəxs də məsuliyyətə cəlb olunub. Barəsində inzibati qaydada bir aylıq həbs seçilən şəxs, əməlindən peşiman olduğunu bildirib. Goranboyda isə “Nazirlәr Kabineti”nin qәbul etdiyi vahid mәktәbli geyim forması haqqında qәrara etirazlarını bildirmәk üçün çağırışlar edən, "Sәrbәst toplaşmaq azadlığı haqqında” Qanunun müəyyən edilmiş qaydalarını pozan şəxs məsuliyyətə cəlb olunub. 1990-cı il təvəllüdlü şəxs əməlindən peşiman olduğunu bildirib, bunu bir daha təkrarlamayacağını qeyd edib. Məhkəmənin qərarı ilə 36 yaşlı kişi 25 gün müddətinə azadlıqdan məhrum edilib. 25 günlük inzibati qaydada həbsə 1988-ci il təvəllüdlü Astaranın Sım kənd sakini də məruz qalıb. O, hadisə ilə əlaqədar davranışına görə peşmanlığını bildirib və bu cür halların gələcəkdə təkrarlanmaması üçün söz verdiyini qeyd edib. Geri qayıt |