|
UEFA Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda keçirilən 9 oyunun nəticəsinə əsasən, klublara ümumilikdə 18,2 milyon avro bonus ödənilib. Yeniavaz.com xəbər verir ki, bu barədə “Football Money”nin (FMD) hazırladığı məlumatda qeyd olunub. Məlumata görə, qələbə qazanan 8 klubun hər biri 2,1 milyon avro (4 milyon manat) bonus əldə edib. Bunlar İngiltərənin “Arsenal”ı, İspaniyanın “Atletiko Madrid”i, “Barselona” və “Vilyarreal”ı, Belçikanın “Brügge”si, Almaniyanın “Leypsiq”i, Azərbaycanın “Sabah”ı və Portuqaliyanın “Sportinq”idir. Çempionlar Liqasının ikinci turunda Almaniyanın “Bayern Münhen” və Norveçin “Vikinq” klubları arasında keçirilən görüş 3:3 hesabı ilə başa çatıb. Heç-heçə nəticəsinə görə hər iki komanda 700 min avro bonus qazanıb. Məğlub olan 8 klub isə bu nəticələrə görə bonus əldə etməyib. Onların arasında Türkiyənin “Qalatasaray”ı, İtaliyanın “İnter” və “Napoli”si, Fransanın “Lill” və “Lans”ı, İngiltərənin “Mançester Yunayted”i, Niderlandın PSV-si və Çexiyanın “Slaviya Praqa”sı yer alıb. Klubların qazandıqları bonuslar aşağıdakı kimi olub: “Arsenal” – 2,1 milyon avro “Atletiko Madrid” – 2,1 milyon avro “Barselona” – 2,1 milyon avro “Brügge” – 2,1 milyon avro “Leypsiq” – 2,1 milyon avro “Sabah FK” – 2,1 milyon avro “Sportinq CP” – 2,1 milyon avro “Vilyarreal” – 2,1 milyon avro “Bayern Münhen” – 700 min avro “Vikinq” – 700 min avro “Qalatasaray” – 0 avro “İnter” – 0 avro “Lans” – 0 avro “Lill” – 0 avro “Mançester Yunayted” – 0 avro “Napoli” – 0 avro “PSV Eyndhoven” – 0 avro “Slaviya Praqa” – 0 avro
Geri qayıt
|