Əsas Səhifə > Güney Press > Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə

Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə


Bu gün, 12:27

Lənkəranda 1992-ci il təvəllüdlü qadın ərini bıçaqlayıb.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, qadının ərini bıçaqlamasına səbəb kişinin onun yeni doğulan körpəsinin ünvanına təhqiramiz ifadələr işlətməsi səbəb olub.

Ərinin sağ ayağına bir bıçaq zərbəsi endirən qadın barəsində Cinayət Məcəlləsinin 128-ci maddəai ilə cinayət işi açılıb.

Hadisədən sonra Aytən adlı qadın evdən gedib, əri Şadil isə polisə məlumat verib.

Məhkəmədə keçirilən prosesdə zərərçəkən ər arvadından şikayətçi olmayıb. Lənkəran Şəhər Məhkəməsi bu cinayət əməlinə görə qadının azadlığını 6 ay müddətinə məhdudlaşdırıb.

Qeyd edək ki, bu, Aytənin Şadili ikinci dəfə bıçaqlamasıdır. Bundan öncəki hadisədə də ər arvadından şikayətçi olmadığı üçün həmin işin icraatına xitam verilib.


Geri qayıt