Əsas Səhifə > Güney Press > "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir"
"Məktəb təriqət, din yeri deyil, təhsil yeridir"Bu gün, 13:03 |
|
"Vahid məktəbli geyimi barədə ajiotaj yaradanlar haradansa idarə olunurlar. Bütün məktəblərdə vahid formadır, vəssəlam. Şagird məktəbli forması geyinməlidir. Kimsə kimsədən seçilməməlidir, kim kasıb, kim varlı bilinməməlidir. Məktəb təriqət, din yeri deyil, təhsil yeridir. Buna görə də qanunu qəbul ediblər və təbii ki, şagirdlər də razıdır. Aranı qarışdırmaq istəyənlərlə, yəqin, dövlət özü məşğul olacaq. Nazirlər Kabineti qərar verirsə, bu müzakirə olunmur, yerinə yetirilir". Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib. A.Abbas bildirib ki, Azərbaycan dünyəvi dövlətdir, din təhsildən ayrıdır: "Türkiyədə baş müşavir Oktay Saral açıqlama verib. Sən niyə başqa ölkənin daxili işlərinə niyə qarışırsan? Belə olarmı? Sən bir dövlətin Prezidentinin baş müşavirisən, siyasətçisən. Başqa dünyəvi dövlətin işlərinə niyə qarışırsan? Belə şey olmaz. Dövlət dövlətə hörmət etməlidir. Biz heç bir dövlətin daxili işlərinə qarışmırıq. Uşaqları təxribat işlərinə alət edənlər məlumdur, tapılacaqlar və cəzalandırılacaqlar". Geri qayıt |