Əsas Səhifə > Güney Press > SEPAH-a yeni komandan

SEPAH-a yeni komandan


Bu gün, 14:01

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qanadının komandanı İsmayıl Qaani xaricdə xüsusi əməliyyatların həyata keçirilməsinə cavabdeh olan gizli “840-cı bölmə”yə yeni rəhbər təyin edib.

Məlumata görə, hazırda bu bölməyə 64 yaşlı Müctəba Həqlesan rəhbərlik edir.

Musavat.com xəbər verir ki, o, daha əvvəl sözügedən strukturun kəşfiyyat şöbəsinə başçılıq edib. SEPAH-a yaxın mənbələrin iddiasına görə, bölmənin daxili strukturu və komandanlıq heyəti ifşa olunduqdan sonra onun adının dəyişdirilərək “600-cü bölmə” olunması barədə qərar qəbul edilib.

Aparılan struktur dəyişiklikləri “Qüds” qanadının gizli xüsusi əməliyyat fəaliyyətinin yenidən qurulması kimi dəyərləndirilir.

Qeyd olunub ki, sözügedən bölmənin fəaliyyəti İran hakimiyyətinin müxaliflərini və İsrailin maraqlarını hədəf alan sui-qəsd və təxribat əməliyyatlarını əhatə edən daha geniş kampaniyanın tərkib hissəsidir.


Geri qayıt